Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MÜŞTÜK

is. [əsli alm. mundstuck] 1. Papiros gilizinin içində tütün olmayan, çəkərkən ağıza salınan bərk hissəsi, papiros kötüyü. // Papiros və siqaretin keçirildiyi kiçik borucuq. Siqareti müştüyə keçirmək. - [Mehrəli] .. gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı. Çəmənzəminli. Molla uzun və qara müştüyün başına sancılmış eşmə papirosa qullab vuraraq ətrafına tüstü yayırdı. T.Ş.Simurq.
2. Nəfəsli musiqi alətlərinin ağıza salınan və ya dodağa söykənən hissəsi; ağızlıq. Klarnetin müştüyü. Fleytanın müştüyü.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....