Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜŞTƏRİ1
is. [ər.] 1. Bax alıcı1 1-ci mənada. Müştərilərə mədəni xidmət. Bu malın müştərisi yoxdur. - [Hacı Qara:] Buların qumaşı özgə qumaşdır, müştəri macal vermir, göydə götürür. M.F.Axundzadə. Bu arada müştərilər hərlənir, qiymət üstündə uzunuzadı çəkişirdilər. S.Rəhimov.
Daimi alıcı, sifarişçi və ya bir iş üçün gələn. Atelyenin müştərisi. - Əti də Şeyx Şaban hər qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Ə.Haqverdiyev. Usta bir müştərinin başını qırxıb, qurtarıb qanatdığı yerlərə pambıq düzürdü. C.Məmmədquluzadə. Pul müqabilində su, elektrik, telefon, radio və s.-dən istifadə edən, habelə qəzet, jurnal və s.-yə abunəçi olan şəxs. Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı və qeyri şəhərlərdə varımızdır. C.Məmmədquluzadə. [Cənnətəli] axırda qəzetlərə bir qədər müştəri toplayıb, Bakıya gedib ki, görsün, onun kəlamını niyə çap eləməyiblər. Çəmənzəminli.
məc. İstəyən, arzu edən, həvəskar. [Hacı Fərəc:] Zinyət xanıma müştəri çoxalacaq, yatma, sərhesab ol, kişi! N.Vəzirov. Adına min yerdən min müştəri var. S.Vurğun. □ Müştəri çıxmaq - 1) yiyələnmək, mənimsəmək istəmək. Kitaba müştəri çıxmaq; 2) bax müştəri olmaq. Müştəri olmaq - istəmək, almağa hazır olmaq, almaq istəmək. Varın verən, deyərlər, utanmaz, məsəldi bu; Can nəqddi əldə, oldum o canənə müştəri. S.Ə.Şirvani. Camalın görən olur müştəri; Misirdə Yusifin bazarı kimi. Aşıq Ələsgər.
□ Müştəri gözü ilə baxmaq zar. - bir həvəskar, maraqlanan bir adam alıcı gözü ilə baxmaq, qiymətləndirmək. Səlimnaz hər gün [Püstəxanımı] iş gördürmək bəhanəsi ilə evinə çağırır, altdan-altdan, oğrun-oğrun müştəri gözü ilə ona baxırdı. M.Hüseyn. [Əşrəf:] Ümid,.. bir o həkim qıza müştəri gözü ilə baxarsan. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....