Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜŞTAQ
sif [ər.] şair. Candan istəyən, həsrətində olduğu bir şeyə can atan, arzusunda olan. Onun üçün göz kəsmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. Ələsgər müştaqdır xəttü-xalına; Məleykə şəklinə, mah cəmalına. Aşıq Ələsgər. Ey mənim dostum, gərək sən heç şübhə etməyəsən ki, mən sənintək vücudları görməyə müştaqəm. C.Məmmədquluzadə. □ Müştaq olmaq - candan istəmək, arzu etmək, ürəkdən bağlanmaq, həsrətində olmaq. Bəlli Əhməd Koroğlunun sədasını eşidib ona müştaq olmuşdu. “Koroğlu” . Didarına müştaq olan əhli-beyt; Yüzün görüb şadü-xürrəm olubdur. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....