Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜŞAHİDƏ
is. [ər.] 1. Diqqətlə baxma, nəzər yetirmə, seyr etmə. □ Müşahidə etmək (eləmək) - 1) diqqətlə baxmaq, göz qoymaq, seyr etmək. Səidə xanım otağının açıqpəncərəsindən bizi müşahidə eləyirmiş. M.Hüseyn; 2) görmək, hiss etmək. [Yaşlı kişi:] Bir neçə saat əvvəl ürəyi xarab olan zaman mən onda qəribə bir hal müşahidə etdim. S.Hüseyn. ..Kərəmzadə [Səlimin] zəifi damarını yamanca dəqiqliklə müşahidə eləmişdi. B.Bayramov.
Diqqətlə baxaraq, araşdıraraq öyrənmə, tədqiq etmə. Heyvanların həyatı üzərində aparılan müşahidələr. - Zoologiya dərslərində əməli iş və laboratoriya məşğələləri, təcrübə, müşahidə və mikroskopla işləmək çox mühüm yer tutur. C.Cəbrayılbəyli. Ziynət analığını işığa saldı, müşahidəsiniyazdı. B.Bayramov. Müşahidə aparmaq - müntəzəm göz qoymaqla, diqqət yetirməklə öyrənmək, tədqiq etmək, araşdırmaq. [Kamil] qayığı saxlatdırıb xırda ada və daşlarda müşahidə aparır, fotoaparatla şəkil çəkirdi. M.Süleymanov. Nəzarət etmə, göz qoyma, izləmə. Müşahidə məntəqəsi - düşməni izləmək üçün xüsusi təchiz olunmuş gizli yer. ..Mərmi lap müşahidə məntəqəsini ağzına aldı. Mir Cəlal. Müşahidə məntəqəsində növbədə durduğum birinci dəfə deyildir. Y.Əzimzadə.
məc. Müşahidə və təcrübə nəticəsində hasil olan dünyagörüşü. Geniş müşahidəyə malik yazıçı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....