Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜSTƏSNA
sif. [ər.] 1. Ümumi qaydalardan, adi normalardan xaric, istisnalıq təşkil edən. Müstəsna hal. Müstəsna qanunlar. // is. Ümumi qaydadan, adi haldan, normadan kənara çıxma. Bəzi kəlmələr bu qrammatik qaydadan müstəsnadır.
2. Başqaları kimi olmayan, başqalarına bənzəməyən, misilsiz, görünməmiş, qeyri-adi. Müstəsna ustalıq. - Əlikram müstəsna bir məharətlə lazım olanların hamısının damarlarına bələdləşmişdi. B.Bayramov. // Fövqəladə, özü kimilərdən üstün; qeyri-adi, nadir. Müstəsna gözəllik. Müstəsna musiqi əsəri. Öylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl. Füzuli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....