Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜSTƏQİL
sif [ər.] 1. Başqasından asılı olmayan, başqasına tabe olmayan; sərbəst. Müstəqil respublika. Müstəqil hökumət. Özü-özlüyündə əhəmiyyəti olan, başqaları ilə bağlı olmayan, başqalarmdan ayrılan; ayrıca, xüsusi. Müstəqil məsələ. Elmin müstəqil sahəsi.
Zərf mənasında. Başqasının köməyi və ya rəhbərliyi olmadan, öz bacarığı, təşəbbüsü ilə icra edilən. Müstəqil iş. Müstəqil fəaliyyət göstərmək. - Biz qarşıdakı məsələni həll etmək üçün az-çox müstəqil hərəkət etməli idik. H.Nəzərli. Şamama birinci dəfə idi ki, müstəqil olaraq pambıq becərirdi. İ.Əfəndiyev. Aslan onlara ixtisas üzrə bilik verir, müstəqil işləməyə öyrədirdi. M.Rzaquluzadə. // Kənar təsirlərdən azad; orijinal. Müstəqil mühakimə. - [frəngiz Şahinə:] Öz müstəqil fikri olan və axıra qədər onu müdafiə eləyən adamlardan xoşum gəlir. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....