Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜSAHİB
sif [ər.] 1. Biri ilə söhbət edən, söhbətdə iştirak edən. ..Məşədi Qədir qəsdən “yatmışıq” deyir və gözünü müsahibindən ayırmaq istəmirdi. T.Ş.Simurq. Kazım kişi yenə də duruxdu, müsahibinin lap gözünün içinə baxdı. Mir Cəlal.
Həmsöhbət, dost, rəfiq, yoldaş. Bir neçə müsahibi-vəfadar; Məcnuni-şikəstəyi görüb zar. Füzuli. Qoy Sadıqa desinlər lağlağı, amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdəmimdir. C.Məmmədquluzadə. O, uzaq ölkələrin bu qərib müsafirinə müsahib və yoldaş olmaq istəyir. H.Nəzərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....