Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MÜRTƏD

is. və sif [ər.] 1. Öz dinini (müsəlmanlığı) atmış; Allahsız, dinsiz, imansız, babi. Məsələn, mənə deyirlər filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. [Molla Vəli:] Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır. Ə.Haqverdiyev. // Dönük, xain.
məc. İnsafsız, zalım, mürüvvətsiz, rəhmsiz. [Möhtəkir:] Bu mürtədlər camaatın qanını şüşəyə tutacaqlar, camaat korluq çəkəcək. P.Makulu. // Söyüş məqamında. [Rüstəm bəy Sənəmə:] A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində! Ü.Hacıbəyov. [Fatma xanım:] Səni gücnən saxlayıram, a mürtəd oğlu! N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....