Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜRƏXXƏS
sif. [ər.] Rüsxət verilmiş, izin almış, azad edilmiş; azad, izinli, rüsxətli (əsasən şəxs sonluqları ilə işlənir). Elə ki bu əmal tamam oldu, mollabaşı xalqa elan etdi ki, mürəxxəssiniz! M.F.Axundzadə. [Əliməmməd ağa] Səfərə bir neçə sual verib: - Mürəxxəssən! - dedi. Çəmənzəminli. [Pəri cadu:] Di, mürəxxəssiniz, gedə bilərsiniz. Ə.Haqverdiyev. □ Mürəxxəs etmək (eləmək) çıxıb getməsinə icazə vermək, rüsxət vermək, azad etmək. [Yusif Sərrac] əfradi-məclisi mürəxxəs etdi, məclis dağıldı. M.F.Axundzadə. [Mirzə Mustafa:] İndi məni mürəxxəs elə, gedim. E.Sultanov. Mürəxxəs olmaq çıxıb getmək, azad olmaq. Elə ki, məclis qurtardı, hamı darıldı, Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. “Koroğlu” .
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....