Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜNTƏZİR
sif. [ər.] Gözləyən, intizar içində olan, intizarda qalan. Mən müntəzirəm verəm rəvacın; Bimar isə eyləyəm əlacın. Füzuli. Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otaqda hazır olub qüdumuna müntəzir idilər. M.F.Axundzadə. [Hadi lələ:] Cahangir ağa Cənnətəlinin evində sənin cavabına müntəzirdir. S.S.Axundov. Biçarə student xanımın çıxmağına müntəzir (z.) mağazanın qabağında gəzinməyə başladı. Çəmənzəminli. □ Müntəzir qalmaq - intizarda qalmaq, nigarançılıqla gözləmək. Qalan yoldaşlar da tutdular bərə; Qaldılar müntəzir gələn səhərə. H.K.Sanılı. Müntəzir olmaq nigarançılıqla gözləmək, intizar qalmaq, dayanıb gözləmək. [Odabaşı:] Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Ə.Haqverdiyev. Müntəzir qoymaq intizarda saxlamaq, nigaran qoymaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....