Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MÜNTƏZƏM

[ər.] 1. sif. Düzgün və ardıcıl, sistematik, sistemli, daimi. Müntəzəm yazışma. - ..Müntəzəm qulluq Tapdığı.. ayağa qaldırdı. Ə.Əbülhəsən. Bu sakitlik içində dənizin dalğaları müntəzəm fasilələrlə.. qəribə səslə xarıldayırdı. M.Rzaquluzadə.
zərf Düzgün və ardıcıl surətdə, daim, sistematik. İdmanla müntəzəm məşğul olmaq.
Hər şey kimipambıq da müntəzəm və qayğılı becərmə tələb edir. İ.Əfəndiyev. Bu “səyahətlər” Mehribanın müntəzəm təhsil almasına mane olurdu. H.Seyidbəyli.
B ax nizami 2 və 3-cü mənalarda. Müntəzəm ordu. - Hamımız müntəzəm qoşun kimi sanki bir qala almağa gedirdik. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....