Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜNSİF
sif. [ər.] Mübahisəli bir məsələni və ya işi həll etməkdə vasitəçi olan şəxs. Bizim aramızda münsif tapılsın; And içmişəm, bu gün döyüş olmasın! “Koroğlu” . Münsif haqqa haqq, batilə batil söyləsəydi; Əlbəttə ki, nahaq söyləyən şəxs utanardı. M.Ə.Sabir. Həmişəyev münsif rolunu dərhal götürdü. Bayramov. □ Münsif olmaq - hər iki tərəfin mübahisəli məsələsini həll etmək üçün vasitəçi olmaq, miyançılıq etmək, araçılıq etmək. [Atabala:] Ay adamlar, siz münsif olun, bu quyuya düşüb işləmək olarmı? A.Şaiq.
□ Münsiflər heyəti - müsabiqələrdə, yarışlarda, sərgilərdə və s.-də mükafat təyin edən mütəxəssislər heyəti; jüri. Münsiflər heyəti hazırlıq iclasında bu qərara gəlir ki, özfəaliyyət dərnəyi üzvləri işə pis girişməyiblər. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....