Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜMKÜN
sif. [ər.] 1. Hər hansı şərait daxilində həyata keçə bilən, ola bilən. [Südabə:] ..Indi deyin görüm, siz kimsiniz? Rica edirəm, mümkünsə bu dəfə həqiqətini deyin. M.İbrahimov. □ Mümkün deyil - imkan xaricindədir, ola bilməz. Artıq onu da, qayınanamı da aldatmaq mümkün deyildi. M.Hüseyn. Yox, yox! Bu mümkün deyil; Ətəyindən tök daşı! B.Vahabzadə. Mümkün etmək imkanı çatmaq, çatdıra bilmək, bacarmaq. [Səttarzadə] mümkün etdiyi məclisdən qalmır. Mir Cəlal. Mümkün qədər - bacarıldığı qədər, güc çatdığı qədər, imkan daxilində, şərait olduqca. Fəxrəddin gecə-gündüz, aram olmadan at sürur və mümkün qədər tez Bağdada yetişməyə tələsirdi. M.S.Ordubadi. Mümkün mərtəbə (dərəcə) - b ax mümkün qədər. Saray mümkün mərtəbədə nəşəli döşənmişdir. Ü.Hacıbəyov. Mümkün olmaq - icrası imkan daxilində olmaq, başa gələ bilmək, həyata keçə bilmək. Hicr atəşin araya dəxi salma, ey rəqib; Mümkün olurmu ayrılapərvanə nardən? Natəvan. [Nurəddin:] Mümkün olsa mənim şəkil dəftərimi və rəng qutumu göndərərsiniz. S.S.Axundov. Maddi imkan. Mümkünü yoxdur. Hədiyyə almağa mümkünü var.
Xəbər şəkilçisi ilə: mümkündür - imkan daxilindədir, etmək olar, olar. [Sərdar Zaman xan şaha:] Təsəddüqün olum, hadisənin əlacı mümkündür. M.F.Axundzadə. Irəvanda, Naxçıvanda və Iran məmləkətində övrət almaq adət deyil, çünki buralarda həmişə və hər cür övrət siğə eləmək mümkündür. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....