Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜLAYİM
sif [ər.] 1. Yumşaq, həlim. Mülayim xasiyyətli. Mülayim adam. - Təbiətən mülayim və olduqca sakit bir xasiyyətə malik olan ortancıl bacı Asya orta məktəbi bitirdikdən sonra ərə getmiş(di). Ə.Məmmədxanlı. // Xoş, yumşaq, ürəyəyatan (səs haqqında). Avazı idi bəsi mülayim; Üslubi dürüst, üsuli qaim. Füzuli. Hüseyn çox mülayim və təsiredici səsi olan bu müəllimin danışdıqlarına diqqətlə qulaq asırdı. S.Rəhman.
coğr. İsti ilə soyuq arasında olan, nə çox isti, nə çox soyuq; mötədil (iqlim haqqında). Mülayim hava. - Bu şəhərin qışı canayatan və mülayimdir. S.Rəhimov. Bəxtimizdən bir neçə gündür ki, havalar mülayim (z.) keçir. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....