Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜLAHİZƏ
is. [ər.] Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər. Mən öz mülahizəmi deyirəm, düşündüyümü deyirəm. C.Cabbarlı. Mülahizə etmək (eləmək) köhn. - nəzərə almaq, nəzərinə çarpmaq, düşünmək. [Aslan:] Hər kəs də gərək böylə şeyləri mülahizə eləsin və qansın. İ.Musabəyov. // Görmək, müşahidə etmək, duymaq. Katib Kosanın sifətində bədbəxtliyi xəbər verən bir əlamət olduğunu mülahizə edərək qorxuya düşdü vəyerindən ayağa qalxdı. S.Rəhimov. // Adətən cəm şəklində. Fikirdə tutulan planlar, təxminlər, hesablamalar. Taktiki mülahizələrə görə. Pedaqoji mülahizələr.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....