Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜQƏVVA
is. [ər.] 1. İçi boşaldılıb qurudulmuş heyvan və ya quş gövdəsi; oyuq. Heyvan müqəvvası. Quş müqəvvası. - Gülüstan xala balağın dərisinə otdan-samandan təpib, ağacdan qılça qayırıb balağı andıran bir müqəvva düzəltmişdi. S.Rəhimov.
məc. Quru, cansız, çox arıq adam haqqında, skelet; bir dəri, bir sümük. [Şeyx Əbuzər:] Həm seçilməz o, bir müqəvvadan; Olüdür, köçməmiş bu dünyadan. H.Cavid. Quruyub oldular cansız müqəvva; Əqlini itirmiş iki binəva. H.K.Sanılı. □ Müqəvva kimi, müqəvvatək - cansız skelet kimi, quru; bir dəri, bir sümük. Şeyx Şaban tək qaldı. Bazarda müqəvvatək gəzirdi. Ə.Haqverdiyev. Müqəvvaya dönmək - canı üzülmək, son dərəcə zəifləmək, arıqlamaq, bir dəri, bir sümük qalmaq. Gövhərtac .. xiffətdən, qüssədən müqəvvaya dönübdür. Ə.Haqverdiyev.
Tikilən paltarı ölçmək və nümayiş etdirmək və s. üçün taxta və ya başqa materialdan düzəldilmiş insan bədəni şəklində fiqur; maneken. // Məc. mənada. [Xəlilov] Guya biz burada .. müqəvvayıq. M.İbrahimov. // Quşları hürküdüb qaçırmaq üçün bostanlarda və s.-yə qoyulan insan bədəni şəklində kukla.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....