Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜXTƏSƏR
sif [ər.] 1. Təfsilatsız, yığcam, qısa (müfəssəl ziddi). Müxtəsər məlumat. Müxtəsər məktub. // Zərf mənasında. Bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım. C.Məmmədquluzadə. Cavad öz döyüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Vəliyev. □ Müxtəsər etmək (eləmək) uzatmamaq, qısaltmaq, qısa eləmək, tez qurtarmaq. Tulani şikayətlər edərdin bizə, Seyyid; Bəs ol şahi görcək nə üçün müxtəsər etdin? S.Ə.Şirvani. [Molla Kazım:] Müxtəsər elə, görürsən xalq məəttəldir. Ə.Haqverdiyev. [Əhməd:] Bəli, əhvalat uzundur. Mən müxtəsər edirəm. T.Ş.Simurq.
Ucuz, aşağı (qiymət haqqında). [Kənizləri] qul alanlar çox müxtəsər qiymətə alırlar. M.S.Ordubadi.
dan. Təntənəsiz, kiçik, balaca. Müxtəsər toy. Müxtəsər yığıncaq.
Ara söz məqamında - xülasə, sözün qısası. Müxtəsər, qarı ayağa durdu. (Nağıl). Nə bir namə, nə bir qasid; Heç biri, müxtəsər, gəlməz. Q.Zakir. Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə. □ Müxtəsəri-kəlam köhn. - sözün qısası, xülasə, müxtəsər. Müxtəsəri-kəlam, padşah əhvalatı danışanda əyyar bildi ki, dədəsi budu. (Nağıl). Müxtəsəri-kəlam, bir belə ziyadə rəhmlipadşahın təhti-əmrində zadəganlıq etmək nəhayət dərəcədə məlaləfiza göründü. M.F.Axundzadə.
□ Müxtəsər cümlə qram. - mübtəda və xəbərdən ibarət cümlə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....