Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜXALİFƏT
is. [ər.] 1.Zidd olma, əks olma, əksinə getmə, müqavimət göstərmə, qarşı durma. □ Müxalifət etmək - əks olmaq, ziddinə getmək, qarşı durmaq, müqavimət göstərmək. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. Ancaq mən də [Eldarın] söhbəti dəyişmək arzusuna müxalifət etmək istəmədim. M.Rzaquluzadə.
2. Hər hansı bir cəmiyyət, təşkilat və s. daxilində öz fikrini, siyasətini əksəriyyətin fikrinə, siyasətinə qarşı qoyan dəstə, qrup. Müxalifət təşkil etmək. Müxalifətin sualına cavab vermək. Müxalifətin təklifini səsə qoymaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....