Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜHAFİZƏKAR
is. [ər. mühafizə və fars. ...kar] 1. Vaxtı keçmiş, köhnə qaydaları, adət və ənənələri sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı; köhnəpərəst. [Yaşlı kişi:] [Tacir] dinçi və mühafizəkar idi, “sübhanallah” zikri dilindən düşməzdi. S.Hüseyn. Atası bir az mühafizəkar vəpulpərəstdir. Ə.Vəliyev. // Sif. mənasında. Mühafizəkar qoca. - Şərəfizadə mühafizəkar .. bir adamdır. S.Hüseyn.
2. Mühafizəkar siyasi partiyanın üzvü. [Osmanlıda] hürriyyətpərəstlər ilə mühafizəkarlar arasında bəzi ictimai fəsadlar vüquə gəlməkdədir. F.Köçərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....