Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜFTƏ
sif. [fars.] Pulsuz, havayı, əvəzinə heç bir şey verilməyən; məccani. Müftə sirkə baldan şirindir. (Ata. sözü). [Heydər bəy:] Məyər Təbrizdə müftə mal tökülübdür, gedib yığışdırıb gətirək gələk? M.F.Axundzadə. // Zərf mənasında. Bəzi yerlərdə təsadüf olunur aşa, ətə; Müftə görcək tuturam kəndimi bozbaşa, ətə. M.Ə.Sabir. [Məşədi İbad bəylərə:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov.
müftə-müftə zərf Boş-boş, havayı-havayı, nahaq yerə. Müftə-müftə “Nicat” , “Məktəb” demək ilə Fatıya tuman olmaz. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....