Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜDDƏT
is. [ər.] 1. Bir işin, hadisənin başlanması ilə qurtarması arasındakı, yaxud bir şey üçün müəyyən edilmiş vaxt, zaman. Təhsil müddəti. - [Qadın:] Molla, məni günaha batırdın, siğənin müddəti çoxdan tamam olmuşdur. Çəmənzəminli. [Rəhim:] Parovozun adi təmirinə 96 saat tələb olunduğu halda, biz təmir müddətini 24 saata endirdik. Ə.Sadıq. // Ümumiyyətlə, vaxt, zaman.
(Bir) az müddət - az zaman, az vaxt. Az müddət içərisində dil öyrəndi. - [Dərviş] .. bərk köksünü ötürüb bir az müddətdən sonra məndən sordu. A.Divanbəyoğlu. [Göyərçin:] Böyük bir saray az müddətdə tikilib başa gələ bilər. Z.Xəlil. Bir müddət - bir neçə vaxt, bir zaman, bir qədər. Bir müddət gözləmək.
Bir müddət işlədikdən sonra bəy [Nəbinin] haqqını kəsir. “Qaçaq Nəbi” . Teymur bir müddət dalanın ağzında dayanıb nə edəcəyini bilmədi. H.Seyidbəyli. (Bir) neçə müddət b ax bir müddət. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra bunların övladı olur. C.Məmmədquluzadə. Beləliklə, Iskəndər bəy dağlarda neçə müddət padşahlıq elədi. Ə.Haqverdiyev. Bu müddət(də) - bu dövr(də), bu vaxt(da).
2. Mövsüm. Ov müddəti. Əkin müddəti.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....