Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜDARA
is. [fars.] köhn. Kin və ədavətini gizlədib zahirdə dostluq göstərmə; üzə gülmə, yollaşma. Iş islah və müdaradan keçdi. M.F.Axundzadə. □ Müdara etmək - istəmədiyi adamla birtəhər keçinmək, ürəyində olan kin və küdurəti gizlədib üzdə dostluq göstərmək, yola vermək. Yaşırıb saxlardım eldən daği-hicranın, əgər; Etmək olsaydı müdara dideyi-giryan ilə. Füzuli. Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir; Müdara etmək olsaydı əgər müddətfəraq ilə. Q.Zakir. Müdara ilə - 1) xoşluqla, zahirən dostluq göstərərək. [Molla Xəlil] işi sülhlə, müdara ilə həll etmək istəmişdi. S.Hüseyn; 2) qənaətlə, birtəhər. Müdara ilə dolanmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla