Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MÜBTƏLA

sif. [ər.] 1. Aludə, düçar, giriftar, tutulmuş. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Füzuli. [Fərman:] Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır? Ə.Haqverdiyev. □ Mübtəla etmək (eləmək) - düçar etmək, giriftar etmək. Tökür sirişk əvəzində gözüm üzə al-qan; Olubdu çünki könül zarü mübtəlası gülün. X.Natəvan. [Əbdül:] Allah heç kəsi qumara mübtəla eləməsin. Ə.Haqverdiyev. Mübtəla olmaq - düçar olmaq, giriftar olmaq, tutulmaq. Əziz balalar! Biz anadan təvəllüd tapıb da bu mərtəbəyə yeriş etməkdə böyük zəhmətlərə, ağır məşəqqətlərə mübtəla olduq! N.Nərimanov. [Qurbanqulu:] Sən də, mən də, ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq. T.Ş.Simurq. Mübtəla qılmaq - bax mübtəla etmək (eləmək). Az eyləmə inayətini əhli-dərddən; Yəni ki çox bəlalərə qıl mübtəla məni. Füzuli. Səbəb nə oldu məni hicrə mübtəla qıldın? X.Natəvan.
2. Bir şeyin həddindən artıq aludəsi, düşkünü, azarkeşi. Oğul da deyirdi: - Mən xəstəyəm, tiryəkiyəm, tərk edə bilməyirəm, mübtəlayəm. S.Hüseyn. Əkbər elm adamı, kitab mübtəlası da deyildi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....