Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜBARƏKBADLIQ
is. Təbrik etmə, gözaydınlığı vermə; təbrik, gözaydınlığı. Pəri xanım və qarabaş, Əhmədin əynində nişan paltarını görəndə sevindiklərindən özlərini itirib, mübarəkbadlığı da yadlarından çıxartdılar. (Nağıl). Sizin toyunuzun mübarəkbadlığı da doğma övladımızın xeyir işi kimi bizə xoşdur. Mir Cəlal. □ Mübarəkbadlıq etmək - təbrik etmək, gözaydınlığı vermək. Afərin səsi asimana bülənd oldu, hamı mübarəkbadlıq elədi. “Abbas və Gülgəz” . Hələ məclis açılmamış vəkillər bir-birilə görüşür, mübarəkbadlıq edir. M.İbrahimov. Mübarəkbadlıq vermək - b a x mübarəkbadlıq etmək. ..Hamısı bu gün dilbir olublar ki, mənə mübarəkbadlıq versinlər ki, bu gün mənim düdüyüm səs çıxardıb. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....