Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜBAHİSƏ
is. [ər.] Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmə. Mübahisəyə başlamaq. Elmi mübahisə. - Iki qardaş arasındakı mübahisə getdikcə qızışıb axırda bir dava şəklini aldı. Şaiq. Uzun mübahisədən sonra Şahmar bir tikə çörək kəsib .. dirriyə enmişdi. B.Bayramov. □ Mübahisə açmaq - 1) bir iş, məsələ, söz üstə deyişməyə başlamaq, bəhsə girişmək. [Qətibə:] O zaman mən sizinlə bu barədə geniş mübahisə açmaq istəmədim. M.S.Ordubadi; 2) elmi, yaxud başqa bir məsələni öyrənmək üçün müzakirə etmək. [Əsgər:] Oxuduqlarınızı da yoldaşlara başa salasınız, mübahisə açasınız. M.S.Ordubadi. Mübahisə düşmək - bir şey, məsələ və ya iş haqqında müxtəlif rəydə olanlar arasında sözləşmək, bəhs başlamaq. Onların düşdü çün mübahisəsi; Ki, nədəndir zəmanə hadisəsi! S.Ə.Şirvani. Uzun mübahisə və deyişmə düşdü. Mir Cəlal. Mübahisə etmək (eləmək) - bir şeyi, məsələni sübut etməyə çalışaraq etiraz etmək, bəhs etmək, höcətləşmək, deyişmək, sözə gəlmək. Bir nəfər.. bir hampa kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev. Mübahisəyə girişmək- bax mübahisə açmaq. [Nəsir] hələ bəzi vaxt özfikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....