Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜBAH
sif [ər.] köhn. 1. Dinə görə nə halal, nə də haram sayılan, edilməsi və ya edilməməsi könüllü, ixtiyari olan. Çün gözün sərməstü ləlindir şərab; Mey mübah oldu və sufilik həram. Nəsimi. Məni qazi sənə nikah eləsin; Bu həram əmri ol mübah eləsin. S.Ə.Şirvani. [Hacı:] Bütün müstəbid mollalar məşrutəçilərin qanlarını mübah, mallarını halal yazıblar. P.Makulu.
2. Bol, bərəkətli, bolluq. Dağlar çəkər ah sənsiz; Il olmaz mübah sənsiz; Gecələr ilə dönüb; Açılmır sabah sənsiz. (Bayatı). [Molla Qurban:] Inşallah, yağış da yağacaq, il də mübah gələcək, camaat! Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....