Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÜAYİNƏ
is. [ər.] 1. Hərtərəfli yoxlama, nəzərdən keçirmə, baxma. □ Müayinə etmək (eləmək) - hərtərəfli yoxlamaq, nəzərdən keçirmək, müayinədən keçirmək, oraburasına baxmaq. [Polis:] Rüstəm bəy, Mirzə Məhəmməd Əli və Səməd Vahidin mənzilini axtaraq, kitablarını müayinə edək. C.Məmmədquluzadə. Suflyor lampanın neftini müayinə eləyir. S.Rəhman. Müayinədən keçirmək- bax müayinə etmək (eləmək). Bəzən də [Kamil] maşınını saxlayıb müayinədən keçirərdi. S.Vəliyev.
2. tib. Qulaq asmaqla, diqqətlə gözdən keçirməklə bədəni hərtərəfli yoxlama, tədqiq etmə. Həkim müayinəni qurtarıb o biri otağa keçdi. Mir Cəlal. Müayinə başlanır; Qızışır həkimlərin; Məşvərəti, söhbəti. B.Vahabzadə. Müayinə olunmaq - həkim tərəfindən hərtərəfli yoxlanılmaq, nəzərdən keçirilmək. Həmin binalarda yaşayanlar ayda bir dəfə müayinə olunmağa məcburdular. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla