Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MUSİQİ
is. [ər. əsli yunancadan] 1. İnsanın təəssüratını, hiss və ideyalarını ritm və intonasiya cəhətdən mütəşəkkil səslərlə ifadə edən sənət. Xalq musiqisi. Şərq musiqisi. Klassik musiqi. - Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. // Bu sənətə aid əsər və ya əsərlər. Ü.Hacıbəyovun musiqisi. M.Maqomayevin musiqisi.
Həmin sənətin, vokaldan fərqli olan instrumental (çalğı alətləri ilə ifa edilən) növü. Cəfər Cabbarlının “Sevil” əsərinə yazılmış musiqi. - Pərdədən qabaq musiqi çalınır. Ü.Hacıbəyov. Dünyanı öz səsi və öz musiqisi ilə titrədən böyük sənətkarın əlləri titrəyirdi. M.S.Ordubadi. Musiqi əsərlərinin ifası; çalğı. Musiqiyə qulaq asmaq. Musiqidən zövq almaq. Musiqi səsi. - Başla musiqiylə bizim bayramı; Əlində yaylığı oynasın hamı. S.Vurğun. Birdən şirin bir musiqi axıb gəldi. İ.Əfəndiyev.
məc. Musiqini xatırladan, qulağa xoş gələn, ahəngdar, melodik səs. [Qızın] səsi həzin bir musiqi qədər xoş idi. S.Hüseyn. Musiqiyə aid olan, musiqi ilə bağlı olan. Musiqi məktəbi. Musiqi gecəsi. Musiqi alətləri. - Şənləndirir hər kəsi; Bir musiqi məclisi. A.Şaiq. [Rəhim:] Mən müharibədən əvvəl Bakıda dövlət konservatoriyası yanında onillik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....