Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MURAD
is. [ər.] Arzu, məqsəd, niyyət, dilək, istək, kam. Sən muradım əksinə, ey çərx, rəftar eylədin. S.Ə.Şirvani. Aşıq Ələsgərəm, söylənir adım; Budur ürəyimdə mətləb, muradım. Aşıq Ələsgər. Ürək dəmir deyil, daş da deyil ki? Min bir muradı var, min bir arzusu! S.Vurğun. □ Murada (muradına) irmək - b a x murada çatmaq. Kaş ki, Kərəm muradına ireydi; Qismət olub yarın üzün göreydi. “Əsli və Kərəm” . Bir gülən yox bu qayğılı dünyadə; Çoxlar nakam olub irməz murada. H.Cavid. Murada (muradına) yetirmək - arzusuna çatdırmaq, istəyini yerinə yetirmək. Bivəfa dünyada, dəhrifənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Muradım ol məhəlində şəhid olmaqdır; Nolur yetirsə fələk rəhm edib muradə məni. S.Ə.Şirvani. [Süleyman:] Əcəb elərsən, Allah səni də tez muradına yetirsin, bizi də.. Ü.Hacıbəyov. Murada (muradına) yetmək (çatlaq) - arzusu hasil olmaq, məqsədinə, diləyinə, kamına çatmaq. Saldıqca cavanlıqda keçən günləri yadə; Dərdim olur on qat; Yarəb yetərəm birdəmi dünyadə muradə? M.Ə.Sabir. Hacı Qara nəinki muradına çatmadı, hətta həbsə düşdü. N.Nərimanov. Muradı hasil olmaq - b a x murada (muradına) yetmək (çatmaq). [Bəlli Əhməd:] Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu” . Muradını vermək - muradına, arzusuna çatdırmaq, istəyini yerinə yetirmək. Bu Xətayi xəstənin vergil muradın, ya ilah! Xətayi. Mən Zakirəm, pir fələkə neylədim; Vermədi muradım, dedim, söylədim. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....