Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MUGAM
is. [ər. məqam - mövqe] mus.
Bir neçə hissədən ibarət vokal-instrumental və ya instrumental Şərq musiqisi. Segah muğamı. Humayun muğamı. - XIX əsrin ikinci yarısında Hacı Hüsü, Məşədi İsi kimi məşhur xanəndələr segah muğamını xüsusi məharətlə ifa edirdilər. Ə.Bədəlbəyli. Qızlar radio müsamirələrini, oyun havalarını, Azərbaycan muğamlarını eşitdikdə bütün əziyyətləri unudur(lar). Ə.Vəliyev.
2. Bax lad. Azərbaycan xalq musiqisi praktikasında yeddi əsas lad yaxud muğam (rast, şur, segah, şüştər, çahargah, bayatışiraz və humayun) və əlavə daha bir çox başqa muğamlar tətbiq olunur. Q.Qarayev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....