Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MÖVCUD

sif [ər.] 1. Var olan, göz qabağında olan, hazırda olan. Mövcud imkanlar daxilində. Mövcud quruluş. - Quşun .. gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət etməz. M.Rzaquluzadə. Mövcud olmaq - var olmaq, olmaq. Dərya və qeyr yerlərdə mövcud olan sular daima buxar olaraq dövr edən havaya qarışır, yuxarı qalxır, bulud və duman olur. H.Zərdabi. [Nərgiz:] Səndən ağılsızlar mövcud olduğu halda, səni axmaq sayırlar, Zərli! B.Bayramov.
2. Mövcuddur şəklində - vardır. [Bağdadda] minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi. [Əntərzadə:] Yoldaşlar, əlbəttə, qüsurlarımız mövcuddur. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....