Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÖTƏDİL
sif [ər.] 1. Nə az, nə çox; nə çox böyük, nə çox kiçik; orta vəziyyətdə olan; miyanə. Əndami ayinə, qəddi mötədil; Siyah zülfü qamətinə tən gərək. M.P.Vaqif.
2. Nə isti, nə soyuq; mülayim, yumşaq (iqlim, hava haqqında). [Cavanşir mahalının] qışı ilə yazında təfavüt yoxdur, havası mötədil, torpağı ziyadə bərəkətli və hər qisim məhsulat yetirəndir. F.Köçərli. Şimalın mötədil və xoş havasından sonra cənubun istisinə dözmək o qədər də asan deyil. M.Ibrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....