Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MÖHKƏMLƏTMƏK
f 1. Möhkəm etmək, davamlı hala salmaq; bərkitmək. Düyünü möhkəmlətmək. Vinti burub möhkəmlətmək.
[Kamran:] Qırılan zəncirləri bir də möhkəmlətmək olmaz. H.Nəzərli. Müdafiə qüvvəsini artırmaq; alınmaz, keçilməz, möhkəm hala gətirmək; bərkitmək. Müdafiəni möhkəmlətmək. Səngərləri möhkəmlətmək.
məc. Cismən və ruhən bərkitmək, sağlamlaşdırmaq, qüvvətləndirmək. Vaxtında yemək və istirahət etmək bədəni möhkəmlədən şərtlərdən biridir.
məc. Möhkəm etmək, sarsılmaz hala gətirmək; ciddiləşdirmək. Intizamı möhkəmlətmək. - [Rüstəm kişi] briqada və manqaları möhkəmlətdi, uçot işlərini qaydaya saldı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....