Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MOTAL
is. 1. Pendir, şor və s. saxlamaq üçün xüsusi surətdə hazırlanmış qoyun və ya keçi dərisi. Motaldan şor çıxarmaq. - Məs cidin alçaq qapısından hamballar dalında motal və qeyri baqqal şeyləri çıxardırdılar. Çəmənzəminli. Payızqabağı [Murad bəyin] evində motal motala söykənirdi. Qantəmir. Motal papaq - qoyun dərisindən evdə tikilən iri papaq. [Rəiyyətin] isti-soyuqdan saxlayan motalpapağı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov. ..Arabanın çağları arasından Əlləzoğlunun motalpapağı qaralırdı. İ.Hüseynov. Motal pendiri - motalda saxlanılan pendir. Süfrədə hər şey vardı: camış qaymağı, beçə balı, inək yağı, üzlü motal pendiri, təndir çörəyi, qənd, şəkər. Ə.Vəliyev. Motal tutmaq - saxlamaq üçün pendiri, şoru duzlayıb motala doldurmaq. [Qurbanəli:] Biriki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. N.Vəzirov.
2. dan. İri, şişman, piyli (qarın haqqında).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....