Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MOLLA
is. [ər.] 1.Rütbəcə axunddan kiçik müsəlman ruhanisi. Məhəllə mollası.
Sonra da bir tirmə əmmaməli molla gəlib salam verdi. Mir Cəlal. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Əgər xəbər alsan molla Səfini; Oğru, dürüst qarışdırıb kefini. Q.Zakir. // Keçmişdə, ümumiyyətlə, ruhani zümrəsindən olan adam. ..Kərbəlayı Səlim bir mömin .. adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. M.F.Axundzadə.
2. Keçmişdə: öz dini məktəbində dərs deyən şəxs. Səttarla Mahmud kənddə molla Qurbanəlinin yanında oxuyurdular. P.Makulu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....