Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MOD(A)
[fr.] Müəyyən dövrdə, müəyyən ictimai mühitdə geyim, tualet, məişət şeyləri və s. cəhətdən bu və ya digər zövq və adətlərin hakim olması. Bupaltar indi modda deyil. Moda ilə saç qoymaq. - [Mirzə Salman:] Nə xəbər? Yəqin yenə deyəcəksən ki, hansı yoldaşınsa özünə təzə modda paltar tikdirib. S.Rəhman. [Lətafət] qırxyaşında ucaboylu, moda ilə geyinən gözəl bir qadındır. I.Əfəndiyev. // Dəbdə, modda olan şey haqqında. // Cəmdə: modalar - belə zövqlərə cavab verən geyim nümunələri. Qadın modaları. Modalar jurnalı. □ Modada (modda) olmaq - hamı tərəfindən qəbul olunmaq, hamının hüsn-rəğbətini qazanmaq, hamının diqqətini cəlb etmək; yayılmaq, işlənmək, dəbdə olmaq. O zamanlar Bakıda və Bakının ətraf kəndlərində tapançabazlıq, qoçubazlıq mod olmuşdu. H.Sarabski. Modadan (moddan) düşmək (çıxmaq), modası keçmək daha işlənməmək, unudulmaq, dəbdə olmamaq, əhəmiyyətini itirmək. Modaya (moda) düşmək - bax modada (modda) olmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....