Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MİSAL
is. [ər.] 1. Həll edilməsi üçün rəqəmlər üzərində bəzi əməliyyat tələb edən riyazi ifadə. Misalları həll etmək. Misalın cavabını yoxlamaq.
Bir fikrin anlaşılmasını asanlaşdırmaq və ya bir şeyi sübut etmək üçün gətirilən dəlil, nümunə və s. Fikrini misallarla aydınlaşdırmaq. - [Məşədi Haşım] ərəb və Iran ədəbiyyatından misallar gətirdi. S.Rəhman.
Nümunə, örnək, timsal. Yoldaşını misal göstərmək. - Sən bizim öz həyatımızı misal götürə bilərsən. M.S.Ordubadi.
Bir şeyin bənzəri, oxşarı, tayı, bərabəri, misli. Nə xoş olur eşq əhlinin bu halı; Şəmə yana pərvanənin misalı. M.V.Vidadi. [Vəzir:] Hacı Saleh, gərəkdir Rəştdə bir mintənə tikdirəsən, yeri zərbaftdan ki, misal və bərabəri bu vaxtadək Lənkəranda görünməmiş ola. M.F.Axundzadə. Dünyada igidlikdə mənim yoxdu misalım. Ə.Nəzmi.
Zərbi-məsəl. Canandan ayrılan candan ayrılır; Xalq içində bir misaldı, sevdiyim! M.P.Vaqif. Gülyanaq dinləyir, Xanpəri misal çəkir, dəlil-sübut gətirir. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla