Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MİRZƏ
is. [fars. “əmirzadə” nin ixtisarı]
tar. Şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; məs.: Sam mirzə, Abbas mirzə, Əbubəkr mirzə.
köhn. Savadlı adam. Mirzələr qəzet yazıb; Aşıqlar dastan eləyib. Aşıq Ələsgər. // Bu kimi adamlara ehtiramla müraciət məqamında işlədilir. [Mir Hadi:] Mirzə, yəqin ki, cənablarınızın elmi-təvarixdən xəbəri var. Qantəmir. [Hüseyn:] Xeyr, mirzə, tanımıram, mən heç bu cür adam görməmişəm. S.Rəhman. // Savadlı, elmli, bilikli, hörmətli şəxslərin adlarına əlavə edilir. Mirzə Fətəli Axundzadə. - [Səhhət:] Mirzə Cəlil damcıdan; Axı ümman yaratdı. B.Vahabzadə.
Keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam; katib. [Nisə xanım:] Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib özünə mirzə eləmisən. M.F.Axundzadə. [Toğrul:] Dərhal mirzəsini çağırıb, Qızıl Arslana məktub göndərdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....