Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MİLYON
[fr. million] 1. 1.000.000 sayı. // 1.000.000 miqdarında.
Son dərəcə çoxlu miqdar, sayı-hesabı olmayan miqdar (bu mənada əsasən cəmdə işlənir). // Çoxlu pul, dövlət haqqında. [İbn Yəmin:] Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var. H.Cavid. // Çoxlu adam, kütlə haqqında. Milyonların gücünü bir məqsədə yönəltdin; Işıq verdin gözünə, qüvvət oldun qoluna. R.Rza. Sabir təkbaşına arzularından; Yazdı milyonların dərdinə dərman! B.Vahabzadə.
milyon-milyon bax milyonlarca. Sayımız ölkədə milyon-milyon. M.Müşfiq. Milyon-milyon insanların şirin dilləri; Deyir bu gün; Milyon alqış Əlcəzairə! S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....