Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏZƏMMƏT
is. [ər.] Danlama, qınama, danlayış, töhmət. İctimai məzəmmət. - Uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi. C.Məmmədquluzadə. // Narazılıq, məmnunsuzluq. [Rəşid:] ..Onun ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. I.Hüseynov. □ Məzəmmət etmək- bax məzəmmətləmək. Uşağı məzəmmət etmək. - Dədəm başladı gündə məni məzəmmət eləməyə. Çəmənzəminli. Xalamın əri Mürsəl kişi gecikdiyim üçün məni və atamı məzəmmət edirdi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....