Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏZƏLİLİK
is. Məzəli adamın hal və hərəkəti; oyunbazlıq, təlxəklik. □ Məzəlilik etmək (eləmək) - gülməli hərəkətlər etmək, oyun çıxartmaq, hoqqabazlıq etmək, təlxəklik etmək. [Pəri Cadu:] Bu da bizim dəlimizdir. Belə məzəlilik edir. Ə.Haqverdiyev. [Qasım:] Əşi, nə danışırsan? Məzəlilik eləmə! S.Rəhimov. Məzəliliyə salmaq - zarafata salmaq, məzəli sözlərlə başını tovlamağa çalışmaq. Hümmət məzəliliyə salıb, [kolxozçuları] başından eləməyə çalışdı. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....