Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏZƏ
is. [fars.] 1. Adətən iştaha üçün əsas yeməkdən qabaq və ya onunla birlikdə, yaxud içki içilərkən yeyilən müxtəlif yüngül yeməklər; çərəz. Süfrəyə məzə düzmək. - Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxır ilə məzə istədi. Çəmənzəminli. [Qurban] .. şərab şüşələrini və xüsusi səliqə ilə hazırlanmış məzələr çıxarıb, süfrə tədarükünə məşğul oldu. T.Ş.Simurq. ..Məzələr, xuruşlar boşqablara düzülmüşdü. M.Rzaquluzadə.
Ləzzət, dad, tam. Xörəyin məzəsi ağzından getmir.
məc. Naz, işvə, qəmzə, şivə. [Dürrə] qızlara məxsus bir məzə ilə gülümsədi. S.Vəliyev. Məzə vermək - qəmzə satmaq, naz eləmək.
məc. Yumor, gülməli şey. ..Amma məzə burasıdır ki, yağış da .. başlayır şıdırğı ilə yağmağa. “Mol. Nəsr.” [Ustanın] mülayim, ahəngdar səslə, hərdənbir məzə ilə dediyi xatirələrini cavanlar şirin söhbət kimi eşidirdilər. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....