Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MƏTBUAT

is. [ər.] 1. Kitab, məcmuə və s. çap edən istehsalat sahəsi, nəşriyyat və mətbəə işi. Mətbuat işçisi.
2. Dövri çıxan qəzet, jurnal və s.-nin ümumi adı. Xarici mətbuat. Dövri mətbuat. - Gizli mətbuat ilə tanış olmağa başladım.. T.Ş.Simurq. [Bəhlul:] Mərziyənin .. mətbuatda təriflənməyi, fabrikin adının tez-tez çəkilməyi çoxunun xoşuna gəlmirdi. B.Bayramov.
□ Mətbuat konfransı - dövlət, siyasi, ictimai və elm xadimlərinin hər hansı bir məsələyə dair məlumat vermək, yaxud siyasi vəziyyəti işıqlandırmaq üçün mətbuat nümayəndələri ilə görüşü. Mərkəzi jurnalistlər evində xarici jurnalistlər üçün mətbuat konfransı olmuşdur.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....