İzahlı lüğət

MƏŞƏL

is. [ər.] 1. Ətrafı işıqlandırmaq üçün ağac və s. başına sarınaraq, yaxud xüsusi bir alət içərisinə qoyularaq yandırılan yağlı (neftli) əsgi, cındır parçası, yaxud ağac başına keçirilmiş içində yanar maddə olan qab. Məşəl yandırmaq. - Toyxananın qapısında məşəl yandırardılar. H.Sarabski. Iki uşaq əlağacının başına əsgi sarımaqla düzəltdikləri məşəlləri yaxına gətirdilər. Ə.Əbülhəsən. // məc. İnqilab və ya vətənin azadlığı uğrunda həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün onların qəbirləri üstündə və ya başqa yerdə daim yanan od, alov.
məc. Yol göstərən; mayak. Sən çox yaşa, ey nazlı Vətən, çox yaşa, yüksəl! Parla, gələcək Şərq üçün ol ayinə, məşəl! Ə.Nəzmi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......