Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏRUZ
sif [ər.] 1. Bir şeyə düçar olan, ona qarşı müqavimət edə bilməyən, bir şeyə qarşı qoruyucusu olmayan. Təhqirlərə məruz. Hücuma məruz. Xəstəliyə məruz.
2. Əsasən “qalmaq” , bəzən də “olmaq” feillərilə - tutulmaq, düçar olmaq, uğramaq, düşmək. Təhlükəyə məruz qalmaq. İstilaya məruz qalmaq. - ..Gənc şair bir ani küləkhücumuna məruz qalmış cavan bir ağac kimi yerində səndələdi. Ə.Məmmədxanlı. [Aydın:] Əvvəli budur ki, həmin xəstəliyə məruz olan yalnız Gülpəri deyil.. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla