Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

MƏRMƏR

is. [lat.] 1. Heykəltəraşlıqda və memarlıqda işlənən müxtəlif rəngli kristallik dağ süxuru - kirəc daş. Ağ mərmər. Qara mərmər.
Sif. mənasında. Mərmərdən düzəldilmiş, üzərinə mərmər çəkilmiş. Mərmər heykəl. Mərmər pilləkən. Mərmər divar. - Binanın dörd tərəfi mərmər balkondan ibarət idi. M.S.Ordubadi.
Sif. mənasında. Mərmər kimi ağ, hamar, parlaq. Mərmər üz. Mərmər bədən. - Əziziyəm bağ sinə; Səyyad keçər, dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı). Isti olmağına görə qız ağ mərmər döşünü açmışdı və hərdənbir ətrafına baxıb guya ləzzət aparırdı. N.Nərimanov.
□ Mərmər xul zool. - yeyilən xul balığı növlərindən biri. Mərmər xul - başının qalınlığı hündürlüyündən azdır. Çənələri eyni uzunluqdadır. Alnının eni gözünün diametrindən azdır. Y.Əbdürrəhmanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....