Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏRHƏMƏT
is. [ər.] Rəhm, şəfqət, acıma, insaf hissi. [Bəxtiyar:] Sən boş yerə çəkmə zəhmət; Saraydan umma mərhəmət! Şaiq. [Bənövşə:] Məndən heç bir mərhəmət gözləmə, Camal! S.Rəhman. □ Mərhəmət etmək (eləmək) - rəhm etmək, rəhmi gəlmək, acımaq, yazığı gəlmək, insaf etmək. Danışdıq, barışdıq, mərhəmət eylə; İnciklik araya qatma, hayıfsan! Aşıq Ələsgər. Yabançı əllərdə qalan Mil düzü! Bir kimsə etməmiş sənə mərhəmət. M.Müşfiq. Mərhəmət qılmaq - bax mərhəmət etmək (eləmək). Tez mərhəmət qılıb bir ehsan eylə; Sevdiyim, üzündən at indi niqab. Aşıq Abbas.
□ Mərhəmətin(iz) artıq (olsun)! - yaxşılıq müqabilində təşəkkür ifadəsi. [Pərviz xan:] Mərhəmətiniz artıq (olsun)!.. Sayəniz kəm olmasın. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....