Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏRƏK
is. 1. Saman, alaf və başqa heyvan yemlərini yığmaq üçün örtülü yer; anbar, samanlıq. Mərəkdən yonca götürmək. -. .Itələnən saman çox asanlıqla mərəyin üst bacalarından içəriyə tökülürdü. S.Rəhimov. Atın arpası çuvallardadır, mərəyin açarı da un xaralının üstündə. Ə.Vəliyev.
2. “Talvar, çardaq” mənasında. Çox isti havalarda heyvanlar otlaqlardakı düşərgələrdə yüngül mərəklərin altında, yaxud kölgəli yerlərdə saxlanmalıdır. A.Ağabəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla