Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏMANİƏT
is. [ər. mümaniət] Maneçilik, əngəl, maneə. Təlim ilinin başlanmasını böyük iztirab içində gözləyir, qarşıda olan məmaniətləri rədd etmək üçün vasitələr arayırdıq. T.Ş.Simurq. Indi artıq məmaniətə rast gəlmədən batareyanın sol cinahında toplaşmaq üçün dərə yuxarı qaçan düşməni arxadan biçməli idi. Ə.Əbülhəsən. □ Məmaniət göstərmək (törətmək) - maneçilik göstərmək, mane olmaq, əngəl törətmək. Gəlin bəydən hədiyyəni alar. Daha üzünün açılmağına məmaniət göstərməz. R.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla