Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
MƏLUL
sif. və zərf [ər.] Məlallı, qəmgin, məyus, məhzun; bezgin, usanmış. Məlul görkəm. - Bülbül, neçin, xəzani-sitəmindən məlulsən? Gəl baxgilən, bənim gözüm ilə baharı gör. Qövsi. [Yaşlı kişi] hər zaman məlul və qəmgin gəzib təkbaşına dolanır(dı). S.Hüseyn. Hər daşı bir çılpaq qərib öksüzü; Məlul çöhrəli bir dulu andırır. M.Müşfiq. □ Məlul etmək - usandırmaq, bezikdirmək, məyus etmək. Istəmədim verim dəxi nəzmi-tul; Tulikəlam elər məclisi məlul. Q.Zakir. Məlul olmaq - təngə gəlmək, usanmaq, bezikmək, məyus olmaq.
məlul-məlul zərf Qəmgin-qəmgin, həzinhəzin, məyus-məyus, yazıq-yazıq. Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı. Kiminin göz yaşı süzülüb axır; Kimi məlul-məlul dinmədən baxır. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla